Əfqanıstanın Herat şəhərində məscid hücuma məruz qalıb. Əfqanıstanın Herat şəhərində məscid hücuma məruz qalıb.

Məscidə edilən hücum nəticəsində ölənlərin sayı 29-a çatdı - 64 nəfər yaralanıb (Fotolar + Yenilənib)

Əfqanıstanın Herat şəhərində məscid hücuma məruz qalıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, kamikadze Cavadiyyə məscidi qarşısında özünü partlatdıqdan sonra digər bir nəfər əlində silahla içəri daxil olub və qarşısına çıxanlara atəş açıb.

Silahlı şəxsin, eyni zamanda, qumbaradan da istifadə etdiyi qeyd edilir. Hücum nəticəsində məscid tamamilə yararsız hala düşüb.

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Hətta, “Taliban” qruplaşması da məsuliyyəti öz üzərinə götürməkdən imtina edib.

Bəxtiyar Abbasov

AzNews.az

***

09:49

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, kamikadze Cavadiyyə məscidi qarşısında özünü partlatdıqdan sonra digər bir nəfər əlində silahla içəri daxil olub və qarşısına çıxanlara atəş açıb.

Hadisə nəticəsində 20 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Yerli hökumət ölü sayının arta biləcəyini də bildirib.

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Bəxtiyar Abbasov

AzNews.az