"Digər ölkələrlə əlaqələrinin genişləndirilməsi nəinki İranın seçimidir, hətta qlobal təhlükəsizliyin təmin olunmasından irəli gələn zərurətdir". "Digər ölkələrlə əlaqələrinin genişləndirilməsi nəinki İranın seçimidir, hətta qlobal təhlükəsizliyin təmin olunmasından irəli gələn zərurətdir".

Ruhani qonşu ölkələrlə əlaqələrin dərinləşdirilməsini vacib hesab edir

"Digər ölkələrlə əlaqələrinin genişləndirilməsi nəinki İranın seçimidir, hətta qlobal təhlükəsizliyin təmin olunmasından irəli gələn zərurətdir".

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bunu bugünkü andiçmə mərasimindən sonra İranın 12-ci prezidenti Həsən Ruhani bildirib.

"Dünya ölkələri ilə konstruktiv əlaqələr, qonşu və region ölkələri ilə əlaqələrin dərinləşməsi, dost dövlətlərlə əməkdaşlıq səviyyəsinin artırılması İran üçün beynəlxalq təhlükəsizlikdən irəli gələn zərurətdir", - deyə H. Ruhani qeyd edib.

Prezident əlavə edib ki, rəsmi Tehran nüvə razılaşmasının istənilən şərtinin pozulmasını cavabsız qoymayacaq: "İran heç bir halda şərtləri ilk pozan tərəf olmayacaq".

AzNews.az