91 yaşlı Nik və Tris Elderxost evtanaziya nəticəsində vəfat ediblər. 91 yaşlı Nik və Tris Elderxost evtanaziya nəticəsində vəfat ediblər.

65 il evli olan cütlük eyni gündə öldü

91 yaşlı Nik və Tris Elderxost evtanaziya nəticəsində vəfat ediblər.

AzNews.az xəbər verir ki, Hollandiyanın Didam şəhərində yaşayan bu cütlük doğmalarının əhatəsində, bir-birinin əlindən tutaraq əbədiyyətə qovuşub. Onlar 65 il birlikdə yaşayıblar.

Ər-arvadın son 5 ildə səhhəti pisləşib. Nik 2012-ci ildə insult keçirib, onun həyat yoldaşı isə yaddaş pozğunluğundan əziyyət çəkirdi.

Cütlüyün qız övladı Elderhostun sözlərinə görə, valideynləri könüllü olaraq evtanaziya vasitəsilə ölmək istəyiblər.

Qeyd edək ki, evtanaziya Niderlandda 2002-ci ildə leqallaşdırılıb. Sağalmaz xəstəlikdən, şiddətli fiziki ağrıdan əziyyət çəkənlərə evtanaziya vasitəsilə ölməyə icazə verilir.