Venesuelanın Puerto Ayakuço şəhərində həbsxanada qiyam baş verib. Venesuelanın Puerto Ayakuço şəhərində həbsxanada qiyam baş verib.

Həbsxanada qiyam – 37 nəfər öldürüldü

Venesuelanın Puerto Ayakuço şəhərində həbsxanada qiyam baş verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, məhbuslarla həbsxananın mühafizəçiləri arasında yaşanan silahlı qarşıdurmalar nəticəsində 37 nəfər öldürülüb. Öldürülənlərin hamısı məhbusdur. Yerli prokurorluq azı 14 həbsxana rəsmisinin yaralandığını açıqlayıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Məlumata görə, qiyam zamanı həbsxanada 105 məhbus olub.

Bəxtiyar Abbasov

AzNews.az