13 il əvvəl itirdiyi üzük kökün üzərində çıxdı - Foto

Kanadada Meri Qremz adlı 84 yaşlı qadın 13 il əvvəl itirdiyi üzüyünü tapıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən brilliant qaşlı üzüyü Qremzin 5 il əvvəl dünyasını dəyişən həyat yoldaşı ona alıbmış. Qremz üzüyü itirdiyi üçün çox məyus olub. O, üzüyün itməsini ərindən gizli saxlayıb və hadisəni ört-basdır etmək üçün həmin üzüyün saxta oxşarını alıb. Bu sirri təkcə qadının oğlu bilib.

Ötən gün isə Qremzin qız nəvəsi evin bağçasında köklərdən yemək istədiyini bildirib və bu məqsədlə bağçaya keçib. Qız köklərdən birini dərən zaman onun üzərində üzük olduğunu görüb.

Qremz üzüyün itməsi ilə bağlı ərinə məlumat vermədiyi üçün çox peşman olduğunu deyib. Qremz qeyd edib ki, ərindən ona xatirə qalan bu üzüyü artıq çox ehtiyatla saxlayacaq.

Bətiyar Abbasov

AzNews.az