Amerika Birləşmiş Ştatlarına məxsus “Con Makkeyn” esminesi Sinqapura məxsus ticarət gəmisi ilə toqquşub. Amerika Birləşmiş Ştatlarına məxsus “Con Makkeyn” esminesi Sinqapura məxsus ticarət gəmisi ilə toqquşub.

ABŞ hərbi gəmisi ticarət gəmisi ilə toqquşdu – 10 dənizçi itkindir (Foto)

Amerika Birləşmiş Ştatlarına məxsus “Con Makkeyn” esminesi Sinqapura məxsus ticarət gəmisi ilə toqquşub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 10 dənizçi itkin düşüb, 5 nəfər isə xəsarət alıb.

Hadisə esmines Sinqapur istiqamətində hərəkət edən zaman qeydə alınıb. Qəza nəticəsində esminesin arxa tərəfi zədələnib. Ticarət gəmisinin ekipaj üzvlərindən heç kim xəsarət almayıb. Hadisə yerinə xilasedicilər cəlb olunub.

ABŞ prezidenti Donald Tramp dənizçilərin “çox pis” qəza keçirdiklərini deyib.

Bəxtiyar Abbasov

AzNews.az