Qətərdən gözlənilməz addım – İrandakı səfirliyini bərpa edir

Qətər hökuməti İrandakı diplomatik missiyasını bərpa etməyə hazırlaşır.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Qətər hökuməti İranla bütün sahələrdə əlaqələrini gücləndirmək istədiyini bildirib.

2016-cı ildə Tehranda Səudiyyə Ərəbistanı səfirliyi etirazçıların hücumuna məruz qaldıqdan sonra Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, o cümlədən, Qətər İran səfirlərini geri çağırmışdı. Artıq 20 aydır ki, iki ölkə arasında diplomatik böhran yaşanırdı.

Bundan başqa, Ərəb Körfəz Ölkələri ilə Qətər arasında yaşanan böhran fonunda rəsmi Dohanın belə bir addım atması gözlənilməz olub.

Səudiyə Ərəbistanı başda olmaqla bir sıra ərəb ölkələri Qətəri terrorizmə dəstək verməkdə ittiham edir və rəsmi Tehranla əlaqələri kəsməyə çağırırdılar.

Bəxtiyar Abbasov

AzNews.az