- Köhnə - Dünya
- 24 Avqust 2017 20:17
- 3 711
Moskvada Qurban bayramı ilə əlaqədar bir neçə məktəb bağlanacaq
Rusiyanın paytaxtı Moskva və bir neçə regionda məscidlərin yaxınlığında yerləşən bəzi məktəblərdə Qurban bayramı münasibəti ilə tədris sentyabrın 1-dən 4-nə keçirilib.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müsəlmanları İttifaqının rəhbəri Albir Krqanov deyib.
Onun sözlərinə görə, məsələ Moskva, Sankt-Peterburq və digər regionlarda müzakirə olunub və qərara gəlinib ki, bir neçə məktəb yeni dərs ilinə sentyabrın 4-dən başlasın.
Lakin məktəblərdə bu məlumatı təsdiqləməyiblər.
Dumada da məktəblərin bağlanması ideyası tənqid olunub. Senator Oleq Kazakovçev Rusiyanın dünyəvi dövlət olduğunu deyib.