Türkiyə Suriya ilə sərhəddə əlavə qoşun toplayır

Türkiyə Suriya ilə sərhəddə Kilis vilayətinə əlavə qoşun toplayır.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, sərhəddə raket-artilleriya qurğusu yerləşdirilib.

Eyni zamanda xəbər verilir ki, Türkiyə SQ yüksək hazırlıq səviyyəsinə gətirilib. Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Prezident Administrasiyasından Trend-ə bildirilmişdi ki, Ankara sərhəddə baş verəcək istənilən təhlükəyə qarşı mübarizə aparmağa hazırdır.

AzNews.az