Alimlər İtaliyanın Siciliya adasında dünyanın ən qədim şərabını aşkar ediblər. Alimlər İtaliyanın Siciliya adasında dünyanın ən qədim şərabını aşkar ediblər.

Dünyanın ən qədim şərabı tapılıb

Alimlər İtaliyanın Siciliya adasında dünyanın ən qədim şərabını aşkar ediblər.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Aqricento şəhərciyi yaxınlığında mağarada tapılan içkinin yaşı altı min ildir.

Həmin tapıntı ABŞ-ın Florida Universitetindən Devid Tanazinin başçılıq etdiyi arxeoloqlar qrupu, həmçinin İtaliyanın Kataniya Universitetinin mütəxəssislərinin səyi ilə aşkar edilib. Gildən hazırlanan böyük bardaqda şərabın izlərinə rast gəliblər.

Tapıntı haqda alimlərin fərziyyəsi bundan ibarətdir ki, şərab Apennin yarımadasında iki min il əvvəl mis-daş dövründə yayılıb.

Bardağın divarlarının kimyəvi analizi içkinin yaşını təyin etməyə imkan verib . Bu, bizim eradan əvvəl IV minilliyə gedib çıxır.