Səudiyyə Ərəbistanı hökuməti Həcc ziyarəti ilə əlaqədar Məkkə şəhərində təhlükəsizlik tədbirlərini gücləndirib. Minlərlə hərbçi fəaliyyətə cəlb olunub. Səudiyyə Ərəbistanı hökuməti Həcc ziyarəti ilə əlaqədar Məkkə şəhərində təhlükəsizlik tədbirlərini gücləndirib. Minlərlə hərbçi fəaliyyətə cəlb olunub.

Məkkə Həcc ziyarətinə hazırlaşır - Təhlükəsizlik tədbirləri gücləndirildi

Səudiyyə Ərəbistanı hökuməti Həcc ziyarəti ilə əlaqədar Məkkə şəhərində təhlükəsizlik tədbirlərini gücləndirib. Minlərlə hərbçi fəaliyyətə cəlb olunub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 2 milyondan çox insanın müqəddəs Kəbə evini ziyarət edəcəyi gözlənilir.

Qurban bayramı cümə günü qeyd olunacaq və ziyarət 5 gün davam edəcək.

Təhlükəsizlik qüvvələri, əsasən, tapdaq altında qalma və yanğın hallarına qarşı xüsusi tədbirlər görməyə çalışırlar. İndiyə qədər izdiham zamanı yaşanan bu kimi hadisələr nəticəsində yüzlərlə insan həlak olub.

Bəxtiyar Abbasov

AzNews.az