İspan hökuməti bunu qanunsuz hesab etsə də, Kataloniyada müstəqilliklə bağlı referendum səsverməsi baş tutub. İspan hökuməti bunu qanunsuz hesab etsə də, Kataloniyada müstəqilliklə bağlı referendum səsverməsi baş tutub.

Katalonlarla polis arasında qarşıdurma - 460 nəfər yaralanıb (Foto + Video) Yenilənib

İspan hökuməti bunu qanunsuz hesab etsə də, Kataloniyada müstəqilliklə bağlı referendum səsverməsi baş tutub.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniyada polislə toqquşmalar zamanı xəsarət alanların sayı 460 nəfəri ötüb.

***

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, polislə əhali arasında qarşıdurma nəticəsində yaralananların sayı 337 nəfərə çatıb. Bu barədə Kataloniyanın hakimiyyət orqanları məlumat yayıb.

***

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, regionun rəhbəri Karles Puçdemon bildirib ki, ispan polisinin güc sərgiləməsi katalonların səsverməsini dayandıra bilməz:

"Görünür ki, məsuliyyətsiz ispan dövlətinin güc tətbiqi kataloniyalıları dayandırmayacaq. Zorakılıq, rezin güllələr, təcavüz - bütün bunlar Pireney krallığını biabır etdi." - səsvermədə iştirak edən Puçdemon belə bildirib.

Qeyd edək ki, ispan polisinin zorakılığı ucbatında 38 nəfər yaralanıb. Onlar arasında yaşlı qadınlar, uşaqlar da var.

Qeyd edək ki, referendum üçün səsvermə bu gün səhər saatlarından başlayıb. Regionda təxminən 7.5 milyon insan yaşayır. Onlardan 5,3 milyondan çoxu səsvermə hüququna malikdi.

image description image description image description image description image description