- Köhnə - Dünya
- 4 Oktyabr 2017 11:30
- 4 716
Ərdoğan İrana səfər edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə regional məsələlərə dair müzakirə aparacaq.
Görüşdə İraqın Kürdüstan Muxtar Regionunda keçirilən referendum məsələsi də müzakirə mövzusu olacaq.
Qeyd edək ki, hər iki ölkə referendumun nəticələrini tanımayacağını bəyan edib.
Bəxtiyar Abbasov
AzNews.az