Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt vəzifəsindən istefa verib. Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt vəzifəsindən istefa verib.

AŞPA prezidenti istefa verdi

Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt vəzifəsindən istefa verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Aqramunt səhhəti ilə əlaqədar könüllü şəkildə belə bir qərar qəbul etdiyini açıqlayıb.

Qeyd edək ki, 9 oktyabrda Aqramunta qarşı etimad səsverməsi keçiriləcəkdi. Təşkilatın nizamnaməsinə əsasən, rəhbərin istefa verməsi nəzərdə tutulmur.

Mart ayında Aqramuntun Assambleyanın adından Suriyaya səfər etməsi parlament üzvlərinin ona qarşı etirazlarına səbəb olmuşdu.

Bəxtiyar Abbasov

AzNews.az