Suriyada Rusiya təyyarəsi qəzaya uğradı

Suriya səmasında Rusiya hərbi hava qüvvələrinə məxsus Su-24 tipli hərbi təyyarə qəzaya uğrayıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində təyyarənin ekipaj üzvləri həlak olub.

Hadisə təyyarə hava limanından qalxan zaman baş verib.

Rusiyanın Müdafiə Nazirliyi qəzaya texniki qüsurun səbəb ola biləcəyini deyib.

Bəxtiyar Abbasov

AzNews.az