Türkiyənin Radio Televiziya Üst Qurumu maraqla izlənən “Kurtlar Vadisi” serialını 267 min lirə cərimələyib Türkiyənin Radio Televiziya Üst Qurumu maraqla izlənən “Kurtlar Vadisi” serialını 267 min lirə cərimələyib

“Kurtlar vadisi”nə 267 minlik cərimə

Türkiyənin Radio Televiziya Üst Qurumu maraqla izlənən “Kurtlar Vadisi” serialını 267 min lirə cərimələyib




Qurum serialın baş qəhrəmanı Polad Ələmdarla bağlı "xalq qəhrəmanı" ifadəsini işlətsə də, bu, serialı cərimədən azad etməyə yetərli olmayıb.

Serialla bağlı hazırlanan hesabatda cərimənin işgəncə səhnələri ilə əlaqədar müəyyən edildiyi vurğulanıb.
Serialın cərimələnməsinə səbəb olan səhnələr isə Suriyada rejimə müxalif olan şəxslərdən birinin sorğuya çəkilməsini əks etdirib. Bu səhnədə şəxsin dili kəlbətinlə çölə çıxarılıb, dönər bıçağı ilə kəsilib və qan divara sıçaryıb.

RTUQ belə hesab edib ki, bu səhnələrdə hədindən artıq şiddətə yol verildiyindən cərimə ödənilməsi zəruridir.

Elnarə
AzNews.az