- Köhnə - Dünya
- 26 Fevral 2013 09:03
- 2 251
PKK bu tarixdə silahı buraxacaq
PKK lideri Abdullah Öcalan terrorçuların silah buraxacağı tarixi açıqlayıb.
Terrorçuların lideri PKK -lıların silah buraxmasının 21 martda gerçəkləşə biləcəyini vurğulayıb. Türkiyə mətbuatının yazdığına görə, kürdlərin də bayram kimi qeyd etdiyi Novruzda Öcalandan daha önəmli açıqlamalar gözlənilir.
İmralıda keçirilən görüşdən sonra Öcalanın 3 məktubunu ünvanına çatdıran millət vəkilləri cavabın 10 gün içində gözlənildiyini bildiriblər. Eyni zamanda vurğulanıb ki, məktublar zamanında cavablandırılarsa, Novruz bayramında daha önəmli açıqlamalar veriləcək.
Elnarə Əlosmanqızı
AzNews.az