Filippin prezidenti Rodrigo Duterte bayram günlərində hərbi əməliyyatların birtərəfli qaydada dayandırılması barədə göstəriş verib. Filippin prezidenti Rodrigo Duterte bayram günlərində hərbi əməliyyatların birtərəfli qaydada dayandırılması barədə göstəriş verib.

Bayramla əlaqədar hərbi əməliyyatlar dayandırıldı

Filippin prezidenti Rodrigo Duterte bayram günlərində hərbi əməliyyatların birtərəfli qaydada dayandırılması barədə göstəriş verib.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı "Yeni xalq ordusu" adlandırılan kommunsit silahlı qruplaşmasından da eyni addımı gözlədiyini deyib.

Məlumata görə, hökümət ordusu dekabrın 24-dən yanvarın 2-ə qədər heç bir hərbi əməliyyatda iştirak etməyəcək.

Hələ ki, qarşı tərəf bununla bağlı heç bir açıqlama verməyib.

Bundan əvvəl prezident bəyan etmişdi ki, xalq bayramı stressdən uzaq bir şəkildə qeyd etməlidir.

Qeyd edək ki, "Yeni xalq ordusu" 60-cı illərdən fəaliyyət göstərir. Qrupun 4 minə yaxın üzvü var. Onların məqsədi Filippində kommunist hakimiyyəti formalaşdırmaqdır. İndiyə qədər davam edən hərbi əməliyyatlarda 40 mindən artıq insan həlak olub.