"Qardaşlıq" qruplaşmasına 165 il iş kəsildi

Tatarıstanda "Qardaşlıq" cinayətkar qruplaşmasının üzvlərinə hökm oxunub.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, qruplaşmanın lideri Maksim İonov 21 il müddətinə azadlıqdan məhrum olunub. Digər üzvlər isə 8-19 il iş alıblar.

Ümumilikdə qruplaşma üzvlərinə 165 il iş kəsilib.

İonov və onun 14 tərəfdaşı qətldə, sağlamlığa xəsarət yetirmə, xuliqanlıqda ittiham edilir. Onlar 2012-2014-cü illərdə müxtəlif cinayətlər törədiblər.

2012-ci ildə biznesmen onlara icarə vermədiyi obyektə görə qətlə yetirilib. Həmçinin digər qruplaşma - "İdmançılar" qruplaşmasının 2 üzvü onlar tərəfindən öldürülüb.