- Köhnə - Dünya
- 17 Mart 2013 14:25
- 1 533
Bu gün on minlərlə dindar Vatikana toplaşacaq
Yeni Roma Papası Fransisk ilk bazar ayinini keçirəcək
Bu gün Vatikanda yeni Roma Papası Fransisk ilk bazar günü ayinini keçirəcək. Bu tarixi əhəmiyyətli ayində iştirak etmək üçün Müqəddəs Pyotr meydanına on minlərlə adamın toplaşacağı gözlənilir. Keçmiş Roma Papası XVI Benediktin son bazar ayinində olduğu kimi, bu dəfə də təkcə İtaliya şəhərlərindən deyil, digər ölkələrdən də minlərlə dindar Vatikana axışacaq.
Bazar günü ayini ilə əlaqədar Vatikanda təhlükəsizlik tədbirləri gücləndirilib.