İndoneziyada fəlakət : 6 ölü

İndoneziyada şiddətli yağışın səbəb olduğu hadisədə 6 nəfərin öldüyü, 18-nin isə itgin düşdüyü bildirilir. Eyni zamanda, arasıkəsilmədən yağan yağış ölkənin West Bandung bölgəsində yerləşən Cilili kəndində 9 evin torpaq altında qalmasına səbəb olub.

Hadisə yerində aparılan axtarışlardan sonra, 4-ü uşaq olmaqla 6 nəfərin cəsədi tapılıb. Qeyd edək ki,çoxlu sayda polis, əsgər və kəndlilərin köməyi ilə hadisə bölgəsində itgin düşən 18 nəfərin axtarışı davam etdirilir.

Xəyalə Məmmədova
AzNews.az