300-dən çox silahlı həbsxanada

Suriya həbsxanalarında 300-dən artıq müxaliflərin tərəfində döyüşmüş səudiyyəli "Əl-Qaidə" üzvü var. Bu barədə APA Suriya əl-Ən agentliyinə istinadən məlumat verir. Məlumata əsasən, 500-dən artıq səudiyyəli isə müxaliflərin tərəfində döyüşməkdə davam edir.

Dəməşq və Ər-Riyad arasında rəsmi səviyyədə əlaqələrin kəsilməsini nəzərə alaraq məhbusların və həlak olmuş səudiyyəlilərin cəsədlərinin Suriyaya verilməsi ərəb şeyxlərinin vasitəçiliyi ilə aparılır.

Səudiyyə Ərəbistanı DİN-in rəsmi nümayəndəsi Mənsur ət-Türki barələrində axtarış elan olunmuş "Əl-Qaidə" üzvlərinin Suriyaya keçdiklərini bildirib. Onun sözlərinə görə, "Suriyada döyüşmüş şər kəs, sərhədi keçən kimi Səudiyyə rəsmiləri tərəfindən həbs ediləcək".

AzNews.az