“The Economist”də İsrailin üzrünə rəy

"İsrail İrana hücumda Türkiyəni yanına almaq üçün üzr istəyib". APA-nın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Böyük Britaniyada nəşr edilən "The Economist" həftəlik jurnalı yazıb.

Xəbərdə bildirilir ki, İsrail Suriya və İrana hücumda Türkiyənin Malatya şəhərindəki hərbi baza və "Patriot" raketlərindən istifadə etmək məsələsində əməkdaşlıq məqsədi güdür: "Belə ki, İsrailin də Türkiyə üzərindən təyyarələrini uçurub İrandakı hədəfləri vurma kimi bir planı var. Ancaq rəsmi Ankara buna icazə verməyəcək".

Jurnal həmçinin İranın nüvə proqramı ilə bağlı Türkiyə ilə İsrail arasında əməkdaşlıq ehtimalını da qiymətləndirib: "İsrailin baş naziri Benyamin Netanyahunun Türkiyədən bu mövzuda tələbi olub. Ancaq İsrailin İranı nüvə proqramından imtina etdirməsi üçün hərəkətə keçməsini istədiyi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan böyük ehtimalla bu tələbə mənfi cavab verəcək".


AzNews.az