Fransa futbolunda həyəcan

Fransa prezidenti Fransua Hollandenin verdiyi yeni qərar həm ölkə futbolunu, həm də digər sahələrdə çalışanları şoka salıb.

Fransada büdcə xərclərini aşağı salmaq üçün hökumət yeni bir yola əl atıb. Belə ki, 1 milyon avrodan artıq qazanc əldə edən sahələrin dövlətə 75 faiz vergi ödəməsi təklifi irəli sürülüb.

Qərar hələ tətbiq olunmasa da, dövlətin yüksək maaşla çalışan şirkətlərə ağır vergilər qoymağa hazırlanması xəbəri ölkə futbolunda da geniş əks-səda doğurub. Bu, klub rəhbərlərinin böyük narahatlığına səbəb olub. Onlar Avropada sıx rəqabət olduğundan bu qərarın Fransa futboluna mənfi təsir edəcəyini, yüksək vergilər ucbatından ölkə xaricindən futbolçuların transfer olunmayacağını bildiriblər.

Fransa Futbol Federasiyasının prezidenti Milad Le Qraetin "Bu təklif klublara aid deyil" xəbərini hökumət yalanlayıb. Onlar bu qərarın futbol klublarına da aid olacağı barədə açıqlama verib.

AzNews.az