BMT-nin Baş Assambleyası bu gün dünyada geniş vüsət almış silah dövriyyəsinin qarşısını almağa hesablanmış beynəlxalq müqaviləni qəbul edib BMT-nin Baş Assambleyası bu gün dünyada geniş vüsət almış silah dövriyyəsinin qarşısını almağa hesablanmış beynəlxalq müqaviləni qəbul edib

BMT silah alveri haqqında müqaviləni qəbul edib

BMT-nin Baş Assambleyası bu gün dünyada geniş vüsət almış silah dövriyyəsinin qarşısını almağa hesablanmış beynəlxalq müqaviləni qəbul edib



APA-nın verdiyi xəbərə görə, dəstəklənmiş qətnaməyə əsasən, silah alveri barədə beynəlxalq müqavilə imzalanması üçün 2013-cü ilin iyulun 3-dən açıq elan olunacaq.

Müqavilənin qəbul olunmasının lehinə 154 dövlət səs verib, 3 ölkə "əleyhinə", 23-ü isə bitərəf olub. Müqavilənin qüvvəyə minməsi üçün onun 50 dövlət tərəfindən ratifikasiya olunması kifayət edir.

Müqavilənin nəzarəti altına adi silahların bütün növləri düşür, o cümlədən tanklar və zirehli maşınlar, böyük kalibrli artilleriya sistemləri, döyüş təyyarələri və helikopterləri, hərbi gəmilər, raketlər və raket qurğuları, atıcı silahlar və yüngül silahlar.

Silah alveri barədə beynəlxalq müqavilənin mətni 193 dövlətlərin nümayəndələrinin bir neçə raund davam etmiş danışıqların yekununda tərtib olunub.

Müqavilənin əleyhinə 3 dövlət – İran, Suriya və KXDR çıxış edib. Onlar iddia edib ki, sənəd əsas silah ixracatçılarına öz şərtlərini diktə etmək imkanı verir. Xatırladaq ki, konsensus əldə edilmədiyindən müqavilə BMT-nin Baş Assambleyasında səsverməyə çıxarılıb.

AzNews.az