Hücuma məruz qalan Musa İslalov ayağından yaralanıb Hücuma məruz qalan Musa İslalov ayağından yaralanıb

Millət vəkili güllələndi

Hücuma məruz qalan Musa İslalov ayağından yaralanıb



Dağıstanın Xasavyurt şəhərində deputata silahlı hücum olub. Naməlum şəxslər Dağıstan Milli Məclisinin deputatı Musa İslalov avtomobilinə əyləşərkən ona atəş açıblar. Dağıstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, ayağından yaralanan deputat xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib. Musa İslalova hücumun onun ictimai fəaliyyəti ilə əlaqədar olduğu ehtimal edilir.

AzNews.az