ABŞ prezidenti Barak Obama ölkəsinin quru qoşunlarının Suriyaya yeridiləcəyi ehtimalını inkar edib ABŞ prezidenti Barak Obama ölkəsinin quru qoşunlarının Suriyaya yeridiləcəyi ehtimalını inkar edib

“ABŞ qoşunları Suriyaya yeridilməyəcək“

ABŞ prezidenti Barak Obama ölkəsinin quru qoşunlarının Suriyaya yeridiləcəyi ehtimalını inkar edib



"ABŞ qoşunlarının Suriyaya yeridilməsini tələb edən ssenari yoxdur", deyə Kosta-Rikada səfərdə olan Obama bəyan edib.

O qeyd edib ki, ABŞ Suriya hakimiyyəti tərəfindən öz vətəndaşlarına qarşı kimyəvi silah işlədilməsini araşdırmaq üçün Dəməşqə təzyiq göstərməyə davam edəcək. Eyni zamanda Obama bu məsələyə ölçülüb-biçilmiş yanaşacağına söz verib. "Biz tamamilə əmin olmadıqca, hərəkət etməyəcəyik", deyə Obama bildirib.

AzNews.az