“8 may təxmini bir tarix idi. Onlar indiyə Türkiyə torpaqlarından çoxdan geri çəkilib”. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək A HABER telekanalına müsahibəsində deyib. “8 may təxmini bir tarix idi. Onlar indiyə Türkiyə torpaqlarından çoxdan geri çəkilib”. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək A HABER telekanalına müsahibəsində deyib.

PKK Türkiyədən geri çəkilib

“8 may təxmini bir tarix idi. Onlar indiyə Türkiyə torpaqlarından çoxdan geri çəkilib”. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək A HABER telekanalına müsahibəsində deyib.



Türkiyə parlamentinin başçısı bildirib ki, PKK ilə çözüm sürəci sırasında türrorçular ölkə sərhədlərindən geri çəkilib: "PKK necə çıxması gərək idisə o cür də çıxıb. Müxtəlif məsələlər ortaya çıxmasın deyə 8 may bu məslə ilə bağlı tarix kimi göstərilirdi. Ancaq onlar artıq Türkiyə torpaqlarında deyillər. Heç kəs narahat olmasın. Artıq çözülmüş bir məsələ ilə bağlı 8 mayın gəlişini gözləməyə, bu tarixə görə yorumlar yapılmasına heç bir gərək yoxdur. Böyük ölçüdə çəkilmələr artıq baş verib. PKK terror təşkilatının mahiyyətinə bələdsinizsə, bilməlisiniz ki, onlar 8 may deyirlərsə, həmin tarixə qədər bütün tədbirlərini öncədən görərək gediblər".

Yada salaq ki, bir müddətdir Türkiyə hökuməti ilə PKK arasında danışıqlar davam edir. Türkiyə rəsmilərinin sözlərinə görə, ölkədə 30 min insanın qətlinə fərman verdiyinə görə ömürlük həbs alaraq İmralı cəza evində saxlanan PKK lideri Abdullah Öcalanla aparılan danışıqlar zamanı terror qruplaşmasının Türkiyə torpaqlarından geri çəkilməsi razılaşdırılıb. Geri çəkilmənin 8 may tarixindən başlayaraq həyata keçiriləcəyi bildirilsə də TBMM sədrinin sözlərindən prosesin artıq başa çatdığı bəlli olur.

Məslənin ən ilginc tərəfi isə qısa müddət öncəyə qədər Türkiyə Silahlı Qüvvələrinə, polisə, dinc vətəndaşlara aramsız basqınlar düzənləyən PKK-nın Türkiyədən hansı şərtlərlə geri çəkilməsidir. Türkiyə rəsmiləri bu haqda heç bir açıqlama vermir. Ölkə müxalifəti illərdir axan qanın durdurulmasını müsbət tendensiya kimi qiymətləndirsə də, danışıqlar prosesinin şəffaf olmamasından narahatdır. Milliyətçi Hərəkat Partiyası isə hökumətin PKK açılımı siyasətinə qarşıdır. MHP yetkililəri bildirir ki, bu gün İrak və Suriya ərazilərinə çəkilən PKK Türkiyə ərazisindən muxtariyyət vədləri ilə çıxarılıb. Bu isə Türkiyə dövlətinin ərazi bütövlüyü üçün böyük bir təhdiddir.

AzNews.az