Homoseksuallara daha bir evlilik icazəsi

Amerikanın daha bir ştatında eynicinslilərin nikahına icazə verilib. Bu dəfə qərar Delaver ştatında qəbul edilib. Demokrat qubernator Cek Markell eyni cinsdən olanların evliliyinin qanuniləşdirilməsi barədə qərarı imzalayıb.

Qərarın lehinə olanlarla əleyhdarları arasında debat 3 saat davam edib. 12 senator qərarın lehinə, 9 nəfər isə əleyhinə səs verib.

Xatırladaq ki. hazırda Amerikanın Ayova, Vaşinqton, Konnektikut, Massaçuset, Nyu-York da daxil olmaqla 10 ştatında eynicinlərin nikahı qanuniləşdirilib.

Elnur
AzNews.az