Putin: “Rusiyanın və KTMT-nin bütün hərbi arsenalı cənub istiqamətə yönəlməlidir” Putin: “Rusiyanın və KTMT-nin bütün hərbi arsenalı cənub istiqamətə yönəlməlidir”

Bakıdan keçən ABŞ ordusu Putini qəzəbləndirdi - FOTOLAR

Putin: “Rusiyanın və KTMT-nin bütün hərbi arsenalı cənub istiqamətə yönəlməlidir”



"Bütün hərbi arsenalı cəlb etməklə cənub strateji istiqamətdə təhlükəsizliyi gücləndirməlidir. Bura Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının potensialı cəlb edilməlidir.

Dövlət sərhəddi, miqrasiya nəzarəti gücləndirilməlidir. KTMT-nin çevik qüvvələrinin müasir texnika ilə tchiz olunması sürətləndirilməlidir". Modern.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Təhlükəsizliş Şurasının iclasında bildirib. İclasda Əfqanıstandakı vəziyyət və ABŞ qoşunlarının 2014-cü ildə oradan çıxarılması ilə bağlı vəziyyət müzakirə edilib.

"Əfqanıstan ətrafında baş verən proseslər bizim milli təhlükəsizliyimizə toxunur. Söhbət Rusiyanın cənub sərhəddində və Avrasiya regionunda sabitliyin təmin olunmasından gedir" – deyə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib. Putin bildirib ki, 2014-cü il Əfqanıstan üçün çətin il olacaq. O qeyd edib ki, xarici qoşun hissələrinin Əfqanıstanı tərk etməsi ilə təhlükəsizliyin təmin olunması əfqanların öz çiynində qalacaq.

"ABŞ Əfqanıstanı başlı-başına qoyub"

"Əfqanıstan polisi isə hələ formlaşma mərhələsindədir. ABŞ hərbiçiləri terrorçu və radikal qruplarla mübarizədə həlledici dönüşə nail ola bilmədilər. Bu ölkədən narkotik istehsalı və trafiki digər ölkələrə, o cümlədən Rusiyaya idxalı kardinal şəkildə artıb. Beynəlxalq qüvvələr praktik olaraq heç bir şey etmirlər.

Bütün bunları nəzərə alıb demək olar ki, yaxın perspektivdə biz vəziyyətin ağırlaşması ilə üzləşəcəyik" –deyə Kremlin sahibi vurğulayıb.

Putin bildirib ki, beynəlxalq terrorçu qruplar və radikal qruplaşmalar qeyri-stabilliyi eksport edəcəyini gizlətimirlər. "Belə bir vəziyyət bizim üçün risklər yaradır.

Bununla əlaqadar bizdə hərəkət planı ilə bağlı dəqiq strategiya olmalıdır. Əsas tapşırıq istənilən şəraitldə Rusiyanın maraqlarını təmin etməkdir".

Moskva hərbi kömək təklif edir

Daha sonra Putin görüləcək vacib işləri sadalayıb. "Regionda sabiltliyin əsas girovu –Bu regionda yerləşən ölkələrin möhkəm süverenliyi, dayanqılı iqtisadi və sosial inkişafıdır. Biz qonşularımıza və tərəfdaşlarımıza bütün zəruri köməyi göstərməyə, Ikitərəfli və çoxtərəfli əməkdaşlığı möhkəmlətməyə hazırıq. Burada söhbət birgə iqtisadi layihələrdən, hərbi-texniki köməkdən, humanitar sahədə əməkdaşlıqdan, ümumi mədəni və informasiya məkanının möhkəmləndirilməsindən gedir. Bu mədəni məkan isə regionda əsas rus dilinin olduğu tarixi şərait nəticəsində yaranıb". Putin Rusiyanın beynəlxaq, nəqliyyat, enerji və infrastruktur layihələrində iştirakını təmin etməyə və bu layihələri maliyyələşdirilməsi üzrə işləməyə çağırıb.

Yenə Avrasiya İttifaqı...

"Biz region ölkələrinin Gömrük İttifaqını və Vahid İqtisadi Məkanla bağlı aparılan prosesə qoşulmalarını alqışlayırıq. Əminəm ki, məhz sıx interqasiya regionada iqtisadi və sosial rifahı təmin etməyə qadirdir. Məhz bu interqrasiya xaricdən regionda qeyri-sabitlik cəhdlərinin qarşısını almağın qarantıdır"-deyə Putin bildirib.

Qeyd edək ki, Əfqanıstandakı ABŞ qoşunlarının Azərbaycandan keçməklə Avropaya daşınması planı var. Bu plan barədə bu günlərdə Bakıda olmuş ABŞ-ın yüksək çinli məmurları da açıqlama veriblər. Görünür bu bəyanatlar Moskvanı narahat edib. Putinin cənub sərhədlərinin gücləndirilməsi barədə tapşırığı və KTMT-nin prosesə fəal qatması bu narahatlığın bariz nümayişi saymaq olar.

AzNews.az
image description image description