Pakistanda parlamentin aşağı palatasına və yerli hakimiyyət orqanlarına seçkilər başlayıb Pakistanda parlamentin aşağı palatasına və yerli hakimiyyət orqanlarına seçkilər başlayıb

Pakistanda parlament seçkilər keçirilir

Pakistanda parlamentin aşağı palatasına və yerli hakimiyyət orqanlarına seçkilər başlayıb



APA-nın verdiyi məlumata görə, bu seçkilər ölkədəki ilk demokratik seçki kimi qiymətləndirilir və prosesin sonunda hakimiyyət bir mülki hökumətdən digərinə keçəcək.

Keçmiş baş nazir Nəvaz Şərifin liderlik etdiyi Pakistan Müsəlman Liqası seçkilərin favoriti sayılır. Onun əsas rəqibi ölkədə islahatların keçirilməsi və dünyəvi dövlətə tərəfdar olan İmran Xanın partiyası sayılır. Pakistan Xalq Partiyası da dünyəvi dövlətə tərəfdardır, lakin bu partiyanın şansları yüksək qiymətləndirilmir.

Səsvermədə on milyonlarla insanın iştirakı gözlənilir.

Qeyd edək ki, aprel ayının əvvəlindən bəri ölkədə gərginlik artıb. Pakistan talibləri terror aktları törədərək seçkilərin gedişini pozmaq barədə təhdidlər səsləndiriblər. İslahat tərəfdarı olan partiyalar bu təhdidlərdən sonra kütləvi mitinqlərdən vaz keçiblər. Mayın 9-da isə keçmiş baş nazir Yusuf Rza Gilaninin oğlu oğurlanıb.

AzNews.az