Peyğəbərin (s.ə.s) adı ilə bağlı nə varsa eynisindən hazırlanıb muzeydə sərgilənəcək Peyğəbərin (s.ə.s) adı ilə bağlı nə varsa eynisindən hazırlanıb muzeydə sərgilənəcək

Məhəmməd peyğəmbərin muzeyi açılacaq

Peyğəbərin (s.ə.s) adı ilə bağlı nə varsa eynisindən hazırlanıb muzeydə sərgilənəcək



Məhəmməd peyğəmbərin (s.ə.s) muzeyi açılacaq.Dünyanın ən böyük muzeyi 2016-cı ildə İstanbulda fəaliyyətə başlayacaq. Bu barədə məlumatı "Siyer" vəqfinin rəhbəri Mehmet Kaya verib.

Onun sözlərinə görə, muzey İstanbulun Eyüp səmtində 3 min 500 kvadrat metrlik sahəni əhatə edəcək. 6 mərtəbəli binada onun dövrünün abu havası yaradılmağa çalışılacaq. Muzey "Əsri Səadət dünyası - Siyər muzeyi" (Səadət dövrü- peyğəmbərin həyat tərzi) adlanacaq.

"Muzeyə dünyanın hər yerindən kitablar gətiriləcək. Peyğəbərin (s.ə.s) adı ilə bağlı nə varsa eynisindən hazırlanıb muzeydə sərgilənəcək. "Əsri səadət" muzeyi Məhəmməd Peyğəmbərin (s.ə.s) 63 illik ömründən bəhs edəcək. Bu muzey Türkiyədə deyil, dünyada bir ilk olacaq".

Muzeydə Kəbənin Həzrəti İbrahimin zamanında inşa edilmiş ilk vəziyyətindən tutmuş, peyğəmbərin (s.ə.s) Məkkədə doğulması, vəhy gəlişi, Hira mağarası və sairə gürmək mümkün olacaq.

AzNews.az