Səkkizinci mərtəbədən yıxıldı və sağ qaldı

16 yaşlı gənc anasının gözü qarşısında intihara cəhd edib

Rusiyada möcüzə baş verib.8-ci mərtəbədən yıxılan qız sağ qalıb. Hadisə Moskva ətrafında, Putilkovo qəsəbəsində qeydə alınıb.

Məlumata görə, yetkinlik yaşına çatmayan qız intihar məqsədilə anasının gözü qarşısında özünü atıb. 16 yaşlı Ukrayna vətəndaşı hündürlükdən düşmə nəticəsində travmalar alıb. Qız hazırda xəstəxanadadır. (anspress)

AzNews.az