Təl-Əviv şəhərində 10 minədək sakin İsrail hökumətinin vergilərin artırılması planlarına qarşı etiraz aksiyasında iştirak edib Təl-Əviv şəhərində 10 minədək sakin İsrail hökumətinin vergilərin artırılması planlarına qarşı etiraz aksiyasında iştirak edib

İsraildə kütləvi etiraz

Təl-Əviv şəhərində 10 minədək sakin İsrail hökumətinin vergilərin artırılması planlarına qarşı etiraz aksiyasında iştirak edib




Lent.az-ın məlumatına görə, aksiya mayın 11-də (Bakı vaxtı ilə 23.00-da) başlayıb. Mitinqə ilk öncə 2 minədək etirazçı qatılıb, ancaq çox qısa vaxt ərzində aksiya iştirakçılarının sayı xeyli artıb. Uyğun aksiyalar ölkənin Qüds, Hayfa və daha bir neçə şəhərində də keçirilib.

Mitinq iştirakçıları maliyyə naziri Yair Lapidanın ciddi büdcə qənaəti çərçivəsində ölkədə gəlir və əlavə dəyər vergilərini artırmaq niyyətinə etiraz edib.

Mayın 13-də hökumətin yeni büdcə layihəsini müzakirəyə çıxaracağı gözlənilir.

AzNews.az