“Gürcü arzusu” koalisiyası prezidentliyə namizədini açıqlayıb “Gürcü arzusu” koalisiyası prezidentliyə namizədini açıqlayıb

Təhsil naziri prezident olmaq istəyir

“Gürcü arzusu” koalisiyası prezidentliyə namizədini açıqlayıb




Gürcüstanda hakimiyyətdə olan "Gürcü arzusu" koalisiyası prezidentliyə namizəd olacaq şəxsin kimliyini açıqlayıb. Koalisiya seçkilərə Kaxa Kaladze, Salome Zurabişvili yaxud İrakli Alasaniya ilə deyil, hazırki təhsil naziri, fəlsəfə elmlər namizədi Georgi Marqvelaşvili ilə gedəcək.

"Gürcü arzusu"nun iclasında Marqvelaşvilinin namizədliyi yekdilliklə dəstəklənib.

Qeyd edək ki, Marqvelaşvilinin adı artıq bir neçə qalmaqalda hallanıb. Konkret olaraq o, məktəb dərsliklərinin çapı ilə bağlı sifarişləri tender elan edilmədən yaxınlarının şirkətlərinə verdiyi üçün tənqid atəşinə tutulmuşdu. (anspress)

AzNews.az