Metroda yanğın : 30 min adam yolda qaldı

Yaponiya paytaxtında, sərnişinlərin sıx olduğu yerüstü metro xəttində yanğın olub

Yanğın "Sibuya" stansiyasının yeraltı hissəsində olan restoranlardan birinin mətbəxində başlayıb. Orada olanların bir hissəsi təxliyyə edilib. Hadisə yerinə 14 yanğınsöndürmə briqadası gəlib.

Hadisə nəticəsində kimsə xəsarət almayıb. Lakin qatarların hərəkəti 1 saatdan da çox dayandırılıb. 30 min sərnişin yolda qalıb.

AzNews.az