Dinozavr qalıqları Monqolustana göndərilir

Ötən həftənin bazar ertəsi yaşı 70 milyon yaşdan artıq olan dinozavrın qalıqları Monqolustana göndərib



ABŞ qeyri-qanuni olaraq Monqolustandan gətirilən ondan artıq dinozavrın qalıqlarını bu ölkəyə qaytarır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ötən həftənin bazar ertəsi yaşı 70 milyon yaşdan artıq olan dinozavrın qalıqları Monqolustana göndərib.

Ötən il bu dinozavrın qalıqları bir milyon dollardan artıq qiymətə ABŞ-ın hərraclarının birində satışa çıxarılıb. Ancaq sonradan müsadirə olunub. Məhz bu da digər dinozavrın qalıqlarının tapılmasına səbəb olub.

Qeyd edək ki, bu dinozavrın qalıqlarını Monqolustanın Qobi səhrasında tapılıb və oradan qeyri-qanuni olaraq ABŞ-a aparılıb. Monqolustanda dinozavrın qalıqlarından ibarət muzeyin yaradılması nəzərdə tutulur.

AzNews.az