Müqəddəslərin sırasına daha 800-ü əlavə olundu

Roma Papası mart ayından bu yana ilk övliya təsdiqini həyata keçirib

Roma Papası Fransisk bu bazar 15-ci əsrdə İslamı qəbul etmək istəmədiklərinə görə öldürülmüş 800 italyanı övliyalar sırasına daxil edib. Müqəddəs Pyotr meydanına toplaşanların qarşısında yerinə yetirilən ayində pontifik həmçinin iki latın amerikalı - Kolumbiya və Meksikadan olan rahibəni də müqəddəslər sırasına daxil edib.

Bu, yeni papanın mart ayından bəri ilk belə ayinidir. (milli.az)