İsraillilər Benyamin Netanyahunun çarpayısına görə küçələrə çıxıblar İsraillilər Benyamin Netanyahunun çarpayısına görə küçələrə çıxıblar

Baş nazirin qalmaqallı çarpayısı

İsraillilər Benyamin Netanyahunun çarpayısına görə küçələrə çıxıblar



İsrailin baş naziri Binyamin Netanyahu xarici səfərləri üçün nəzərdə tutulmuş təyyarədə quraşdırılmış çarpayısından imtina etmək qərarına gəlib. Buna səbəb çarpayının qiymətini İsrailin 10-cu kanalından öyrənən israillilər olublar.

Əhali çarpayının 127 min dollara başa gəldiyini öyrəndikdən sonra etiraz əlaməti olaraq küçələrə axışıblar. Hökumət üzvləri əhalini sakitləşdirərək baş nazirin çarpayının qiymətini bilməməsini və öyrəndikdən dərhal sonra ondan imtina etdiyini bildiriblər.

Yalnız bundan qəzəblənmiş kütləni bir qədər sakitləşdirmək mümkün olub. (anspress)

AzNews.az