Tacikistan prezidenti İmaməli Rəhmanın rəqs edərkən görüntüləri internetdə ən çox izlənilən videolar sırasındadır Tacikistan prezidenti İmaməli Rəhmanın rəqs edərkən görüntüləri internetdə ən çox izlənilən videolar sırasındadır

Prezident oğlunun toyunda oxuyub, oynadı- Video

Tacikistan prezidenti İmaməli Rəhmanın rəqs edərkən görüntüləri internetdə ən çox izlənilən videolar sırasındadır



Prezidentin rəqs etdiyi kadrlar YouTube-a bir neçə gün əvvəl yerləşdirilsə də, böyük maraqla qarşılanıb. O, təkcə oynamaqla kifayətlənməyib, eyni zamanda mahnı da oxuyub. Deyilənlərə görə, bu kadrlar İmaməli Rəhmanın oğlunun toyundandır.

Xatırladaq ki, İmaməli Rəhmanın nə az, nə çox 9 uşağı var.

61 yaşlı prezidentin 7 qız (Firuzə, Ozada, Ruxşanə, Təhminə, Pərvinə, Zarrina, Fərzanə) və iki oğlu ( Rüstəm və Somon) var. (qafqazinfo.az)




AzNews.az