Əsəd Cenevrədə müxalifətlə görüşəcək

Rusiya Xarici İşlər Nazirliyi Suriya hökumətinin Cenevrə konfransına qatılmaq qərarı verdiyini açıqlayıb.

Rusiya mətbuatının yaydığına görə, Suriya böhranının həlli üçün Cenevrə Konfransıında həm Əsəd rejiminin, həm də müxalifət tərəfin nümayəndələrinin bir araya gətirməsi planlaşdırılırdı. Artıq Şam rəhbərliyi konfransda müxalifət qüvvələri ilə görüşmək haqda qərar qəbul edib. Əsəd rejimi Cenevrə Konfransına qatılacaq qrupu də təyin edib. Siyahıda Suriya baş naziri Əl Xalqın da adı var.

Suriyalı müxaliflər isə Cenevrə Konfransına qatılıb qatılmayacaqlarını İstanbulda keçirəcəkləri yığıncaqda qərarlaşdıracaqlar. Qərarın bu gün verilməsi gözlənilir

Elman
AzNews.az