- Köhnə - Dünya
- 24 May 2013 20:47
- 1 495
BMT-nin ofisinə hücum edildi
Partlayışdan sonra Kabil şəhərinin mərkəzini qara tüstü bürüyüb. Verilən xəbərə görə, 4 silahlı BMT ofisinə daxil olub. Onlardan ikisi qətlə yetirilib, əfqan təhlükəsizlik qüvvələri ikinci mərtəbəyə çıxmış digər silahlıların zərərsizləşdirməyə çalışır. "Taliban" döyüşçülərlə əfqan təhlükəsizlik qüvvələri arasında qızğın döyüşlər gedir.
Dəstək olaraq köməyə Norveç xüsusi təyinatlıları gəlib. Hələlik itkilər barədə məlumat verilmir. Qeyd edək ki, "Taliban" Əfqanıstandan qərb qüvvələrini çıxarmaq uğrunda mübarizə aparır.//anspress//
AzNews.az