İstanbulu “ləkələyən“ göydələn uçurulacaq

Türkiyədə İstanbul şəhərinin məşhur siluetini pozan hündür bina məhkəmənin verdiyi qərarla uçurulacaq


İstanbul 4 saylı inzibati məhkəməsi verdiyi qərarla Zeytunburnu rayonunda olan binanın lisenziyasının qeyri-qanuni olduğunu bildirilib.

Qeyd edək ki, məsələ ilə bağlı məhkəməyə müraciət edən ölkə vətəndaşı Yusif Özden binanın inşaat layihəsinin, habelə İstanbul və Zeytunburnu bələdiyyələri tərəfindən verilən lisenziyanın qeyri-qanuni olduğunu iddia etmişdi. Bundan başqa Özden binanın İstanbul şəhərinin mədəni və tarixi siluetini pozduğunu bildirib.

Məsələyə rəy bildirən mütəxəssislər dünya mirası ərazisindəki bufer zonanın hüdudları daxilində qalan məbədə aid siluetin pozulduğunu, tikilən hündür binanın heç bir ictimai faydasının olmadığını qeyd edib.

Məsələ ilə bağlı binanın sahibinə xəbərdarlıq etdiyini deyən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan artıq 5 ildir o şəxslə danışmadığını qeyd etmişdi.

Xatırladaq ki, adıçəkilən siluetdə XVII əsrdə İstanbul şəhərində tikilən "Sultan Əhməd" məscidinin məşhur mənzərəsi yer alıb. Yeni tikilən bina isə məbədin minarələrinin arasından görünərək tarixi görünüşü pozur. (anspress)

AzNews.az
image description image description image description