İdris Heydərli İdris Heydərli

“Büt”süz Rusiya

İdris Heydərli



Moskva bataqlıq və meşələrin içində salınmış şəhərdir.

Nə qədər şəhərləşsə də Qala ola bilmir.

Kreml sünü bir Qaladır.

Moskvanın ən hündür dağı Sərçə dağıdır.

Meşə və bataqlığın içində yalnız Hərb var. Bu şəhər sülhün nə olmasını bilməz.

Rus bir Əskərdir, düşüncəsi, baxışları ilə. Əkbər Nəcəfin ifadəsi ilə "fikrin arxeologiyası" bu toplumun tarixində yalnız Əskər ixrac edib.

Əskərin nizamı Əmrə bağlıdır.Əmrsiz əskər sərxoşdur,onların dilində "alkaş"dır.

Əksər ya qadını qoruyar, ya da torpağı. Rus nə qadını qoruyar, nə də torpağı. O "Büt"ünü qoruyar. Bu bütü nə istəsəniz,adlandıra bilərsiniz. O "büt"süz Rusiya yoxdur.

Nizami rusu sevmədi, eşşək misalı ilə anlatdı."Taclı eşşək"eşşəkdir dedi.

Rus şəhərləri çay sahillərindədir. Rus evinin iyi isə balıq iyidir. Balıq kimi sürüşkən olan bu düşüncə kişisində də, qadınında da var.

"Uruslar gəlir" dedik bir zaman. Gəldilər, bizdə sürüşkən olduq.

"Ursular yenə gəlir" deyirik indi. Gələcəklər..balıq başından iylənəri anlayacayıq.

AzNews.az