İspan kralının qızı Yelena traktoru müvafiq sənəd olmadan idarə etdiyinə görə cərimələnib. Ancaq traktoru idarə edən kralın qızı yox, başqa şəxs olub İspan kralının qızı Yelena traktoru müvafiq sənəd olmadan idarə etdiyinə görə cərimələnib. Ancaq traktoru idarə edən kralın qızı yox, başqa şəxs olub

Kralın qızı traktora görə cərimələndi

İspan kralının qızı Yelena traktoru müvafiq sənəd olmadan idarə etdiyinə görə cərimələnib. Ancaq traktoru idarə edən kralın qızı yox, başqa şəxs olub



Hadisə Valyadolid şəhərində baş verib. Polis bir traktoru saxlayıb və məlum olub ki, sürücünün müvafiq sənədləri yoxdur. Polis cəriməni yazmaq üçün həmin şəxsin 8 rəqəm və bir hərfdən ibarət olan identifikasiya nömrəsinə cərimə yazmaq qərarına gəlib. Ancaq polis həmkarı onun işini yarımçıq kəsərək cərimənin ancaq maşının qeydiyyat nömrəsinə uyğun yazmalı olduğunu bildirib.

Artıq bu zaman gec idi və polis əməkdaşı saxlanılan şəxsin identifikasiya nömrəsinin 2 rəqəmini - 1 və 2 rəqəmini yazmışdı. Bu iki rəqəm isə yan-yana dayananda kralın qızının identifikasiya nömrəsi olan 12 kimi qeyd olunub. Beləliklə də identifikasiya nömrəsi 12 olan şəxsə cərimə yazılıb ki, bu da kralın qızıdır.

Məsələ burasındadır ki, İspaniyanın kral ailəsinin üzvlərinə digər vətəndaşlardan fərqli olaraq 8 rəqəmli yox, 2 rəqəmli identifikasiya kodu verilir. Məsələn, kral Xuan Karlosunna 10 nömrəli, şahzadə Filipə isə 15 nömrəli sənəd verilib. 12 rəqəmli sənəd isə kralın qızına aiddir. Kral ailəsini heç bir üzvü bədbəxtlik gətirdiyinə inandıqları üçün 13 rəqəmli koddan istifadə etmir.

Elnarə
AzNews.az