“Aksiya iştirakçılarından 400-ü həbs edilib” - FOTO



"İndi polis aksiya iştirakçılarını mühasirəyə alıb. Biz də həmin mühasirənin içindəyik. Polislə aksiya iştirakçıları arasında toqquşmalar baş verir".

Almaniyanın biznes paytaxtı sayılan Frankfurtda "Blockupy" antiqlobalist hərəkatı fəallarının etiraz aksiyası davam edir.

Polis ictimai asayişi pozduğuna görə 400-dək aksiya iştirakçısının həbs olunduğunu açıqlayıb.

Qloballaşma əleyhdarları isə minədək nümayişçinin saxlandığını bildirirlər.
Etiraz aksiyasında iştirak edənlərin sayı ilə bağlı da fərqli məlumatlar səslənməkdədir. Hüquq-mühafizə orqanları şəhər küçələrində 7 min kapitalizm əleyhdarının toplandığını bildirir, tədbirin təşkilatçıları isə qloballaşma əleyhinə aksiyaya ən azı 20 min nəfərin cəlb olunduğunu qeyd edirlər.

Küçələrə çıxan "Blockupy" fəalları bankların təzyiq siyasətinə, qeyri-effektiv iqtisadi siyasətə, Angela Merkelin Avrozonada mövcud böhrandan qurtarmaq məsələsində diktə siyasəti yürütməsinə etiraz edirlər. Artıq Şimali Reyn-Vestfaliya federal torpağının hər yerindən Frankfurta gətirilən polis qüvvələri nümayiş iştirakçılarının qarşısını kəsərək, onların hərəkətinə imkan vermirlər. Polis iştirakçıların daim təxribatlara əl atdığını açıqlayıb. Aksiyaya qoşulanlardan potensial təhlükəli əşyaları təhvil vermək tələb olunur, polis nümayişçilərin hərəkətinə bir neçə saat icazə verilməyəcəyini bildirir. Bu isə aksiya iştirakçıları arasında ciddi narazılıq doğurur. Mitinq iştirakçıları isə saxlanan yoldaşlarının azad olunmasını və nümayişin davamına icazə verilməsini tələb edirlər.


Qeyd edək ki, Frankfurtda gərginlik iki gündür davam edir. İlk aksiya dünən Avropa Mərkəzi Bankının binasının qarşısında keçirilib./apa/

image description image description image description image description