Qəddafinin xəzinəsi CAR-da axtarılır

Liviyanın keçmiş diktatoru Müəmmar Qəddafinin var -dövləti Cənubi Afrika Respublikasında gizlədilib.



CAR-ın Maliyyə Nazirliyinə Liviyadan daxil olan məlumata görə, diktatorun çoxmilyonlu səhmləri bu ölkədədir. Bu məlumat əsasında hazırda nazirlik Qəddafinin var-dövlətinin axtarışına başlayıb.

Liviyadan olan tədqiqatçılar qrupu belə hesab edir ki, Qəddafi ailəsini qanunsuz yollarla ələ keçirdiyi var-dövlət, qızıl və zinət əşyaları, o cümlədən səhmlər CAR-da saxlanılır. Dünyanın müxtəlif ölkələrində Qəddafinin xəzinəsini axtaran Liviya hökuməti xəzinəni tapmağa hələ də nail olmayıb.

Elnarə
AzNews.az