Facebookun yaradıcısı cərimələndi

Amerikanın Kaliforniya ştatının rəhbərliyi Facebook sosial şəbəkəsinin yaradıcılarından biri olan Şon Parkeri toyunu qadağan edilmiş yerdə etdiyi üçün cərimələyib.

33 yaşlı milyarderə 2.5 milyon dollar cərimə kəsilib. Belə ki, Parkerin uzun müddətlli sevgilisi müğənni Aleksandra Lenasla toyu milli qoruq olan Big Surda icazəsiz olaraq keçirilib. Cərimədən gələn pullar isə Big Sur parkına gedəcək.

Xatırladaq ki, cəriməni saymasaq Parker toyuna 10 milyon dollar xərcləyib.//publika.az//

AzNews.az