Bu gün Londonun şimalında məscid və İslam mədəniyyət mərkəzi yandırılıb Bu gün Londonun şimalında məscid və İslam mədəniyyət mərkəzi yandırılıb

Londonda məscid yandırıldı

Bu gün Londonun şimalında məscid və İslam mədəniyyət mərkəzi yandırılıb



Trend-in məlumatına görə, bu barədə İTAR TASS "Sky News" telekanalına istinadən xəbər verir.

Telekanal məlumat verir:

"Yanğın təxminən səhər saatlarında baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə altı yanğınsöndürən maşın cəlb olunub. Lakin bina tamamilə yanıb".

Bir sıra şahidlər bildirirlər ki, yanğından əvvəl partlayışa oxşar səs eşidilib.
Polis yanğının baş vermə səbəblərini araşdırmağa başlayıb.
Hadisənin "irqi zəmində" törədildiyi güman edilir.

AzNews.az