Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada terror hazırlamaqda şübhəli bilinən Yulay Davletbayev adlı şəxsi həbs edib. Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada terror hazırlamaqda şübhəli bilinən Yulay Davletbayev adlı şəxsi həbs edib.

Terror törətmək istəyən dəstə zərərsizləşdirilib- Moskvada

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada terror hazırlamaqda şübhəli bilinən Yulay Davletbayev adlı şəxsi həbs edib.



Y. Davlatbayevin dəstəsi Moskvanın mərkəzində partlayış törətməyi planlaşdırıb.

Y. Davlatbayev şübhə doğurmamaq üçün Moskvada ciddi-cəhdlə iş axtarıb. Onun dəstə üzvlərinin vaxtilə Əfqanıstanda koalisiya qüvvələrinə qarşı döyüşdüyü, terrorun sifarişçisinin isə Əfqanıstan-Pakistan sərhədində fəaliyyət göstərən "Türküstan İslam Partiyası" olduğu bildirilir.

Terrorçular may ayında Moskva vilayətinin Orexovo-Zuyevo rayonunda zərərsizləşdirilib. Mayın 20-də keçirilən xüsusi əməliyyat zamanı 2 nəfər öldürülüb, 1-i yaxalanıb.

AzNews.az